Bakıda ilk dəfə “Çörək festivalı” keçirilir

Festival Beynəlxalq Aşpazlıq Günü münasibətilə qeyd edilir.

593733
Bakıda ilk dəfə “Çörək festivalı” keçirilir

2004-cü ildən başlayaraq hər il oktyabrın 20-si dünyada Beynəlxalq aşpazlıq Günü kimi qeyd edilir. Həmin ildə Dünya Kulinariya Təşkilatları Birliyi tərəfindən İrlandiyanın paytaxtı Dublində keçirilən Dünya Kulinariya Konqresində elan edilib. Hazırda 115 ölkə bu günü qeyd edir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Milli Kulinariya Mərkəzinin birgə təşkil etdiyi festivalın açılışına nazirliyin səlahiyyətliləri, millət vəkilləri, diplomatik missiya nümayəndələri, sənətçi və ǝdǝbiyyatçılarla çox sayda qonaq iştirak edib.

Festivalda, Azərbaycanın 24 bölgəsinə xas çörək növü ziyarǝtçilǝrǝ tǝqdim edilib. Qırğızıstan və Özbəkistan çǝrǝk növlǝrinin yer aldığı festivalda, Türkiyəni, Yunus Emre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi təmsil edib.

 



Әlaqәli Xәbәrlәr