Bakı 8-ci Beynəlxalq Uşaq Muğam Festivalı

Səkkiz ölkə - Azərbaycan, Türkiyə, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan təmsilçilərinin iştirakı ilə qaliblərin yekun konserti mükafatlandırma mərasimi ilə başa çatıb.

591311
Bakı 8-ci Beynəlxalq Uşaq Muğam Festivalı

  Azərbaycanın paytaxtı Bakı 8-ci Beynəlxalq Uşaq Muğam Festivalına ev sahibliyi etdi. “Kainat” Gənclik Mərkəzi Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi ilə 8-ci Beynəlxalq Uşaq Muğam Festivalını reallaşdırdı.

  Uşaqlar oxudur, dinləyənlər musiqi dolu gözəl anlar yaşadı.

  Festival oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində səkkiz ölkə (Azərbaycan, Türkiyə, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan) təmsilçilərinin iştirakı ilə qaliblərin yekun konserti və mükafatlandırma mərasimi ilə başa çatıb.

  Festivalda milli paltarlı uşaqların çıxışları tamaşaçılardan böyük alqış qazanıb.

  Münsiflər heyəti iştirakçıların ifalarını qiymətləndirib. Yekun konsert başa çatdıqdan sonra qaliblər elan edilib.

  Qran-priyə azərbaycanlı iştirakçı Asunda Səlimli layiq görülüb.

 

1-ci yeri Özbəkistan təmsilçisi Roziyaxon Komiljonova qazanıb.

2-ci yer Azərbaycandan Romal Abdullayevə və Tacikistandan Abdukahor Qafforova verilib.

3-cü yerə Qazaxıstandan Malika Aldamjarova, Türkiyədən Sezer Nayci, İrandan Sasan Əlizadə və İraqdan Nozad Vasim Jan layiq görülüblər.   

  Qaliblər və bütün ifaçılara qiymətli hədiyyələr verilib.

  Yeddi nəfər iştirakçıya həvəsləndirici mükafat təqdim edilib.

  Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tacikistan təmsilçisi Gulnoza Qaforiyə “Repertuarına Azərbaycan muğamından parça daxil etdiyinə görə” xüsusi diplom və qiymətli hədiyyə təqdim olunub.

  Qeyd edək ki, Beynəlxalq Uşaq Muğam Festivalı 1997-ci ildən keçirilən ənənəvi Azərbaycan uşaq muğam festivallarının davamıdır.



Әlaqәli Xәbәrlәr