Özbəkistanda əfv layihəsi qəbul edildi

Özbəkistanın müvəqqəti prezidenti Şafkat Mirziyayev tərəfindən hazırlanan əfv qanunu senatda müzakirəyə çıxarıldı və senatın baş assambleyası əfv layihəsini qəbul etdi.

589711
Özbəkistanda əfv layihəsi qəbul edildi

  Özbəkistan Senatı ümumi iclasında müvəqqəti prezident Şavkat Mirziyayevin əfv layihəsi konstitusiyanın ildönümü günlərində səs çoxluğu ilə qəbul edildi. Əfv layihəsi 18 yaşdan aşağı uşaqları, 60 yaşdan yuxarı adamları, ümumilikdə qadınları, diqqətsizlik üzündən cinayət törədənləri, ağır cinayət işlətməyən məhkumları, istintaq və məhkəmə mərhələsində olan şübhəliləri əhatə edir. Qanundan xarici ölkə vətəndaşları, ağır xəstəliyi olanlar və əlillər də yararlanacaq, əfv qanununa girməyənlərin cinayətlərinin isə cəza illəri azaldacaq. Əfv qanunu rəsmi Özbəkistan qəzetində də dərc olunandan sonra 3 ay ərzində qüvvəyə minəcək.



Әlaqәli Xәbәrlәr