Daşkənddə XXII Beynəlxalq Böyük İpək Yolu Sərgisi
Sərginin son günündə Özbəkistan Turizm Təşkilatı bu il sərgidə uğurla nümayiş olunan firma və təşkilatlara Təşəkkürnamə verdi ki, TRT-nin Özbəkistan Nümayəndəliyi də bu qurumlar arasında idi.

Özbəkistanın paytaxtı Daşkənddə təşkil edilən 22-ci Beynəlxalq Böyük İpək Yolu Sərgisində rəngli görüntülər göz aldı. Sərginin son günündə Özbəkistan Turizm Təşkilatı bu il sərgidə uğurla nümayiş olunan firma və təşkilatlara Təşəkkürnamə verdi ki, TRT-nin Özbəkistan Nümayəndəliyi də bu qurumlar arasında idi.
Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Yaponiyadan çox sayda firmanın qatıldığı sərginin bağlanış mərasimində konsert verildi.
Türkiyənin də təmsil edildiyi sərgidə Özbəkistan Turizm Təşkilatı bu il uğur qazanan firma və təşkilatlara xidmətlərinə görə təşəkkürnamə verdi.
TRT-nin Özbəksitandakı nümayəndəsi Osman Gökmen dedi: "TRT televiziyası olaraq biz bu torpağın mədəniyyətini dünyaya tanıtmaq üçün buradayıq. Bu günə qədər etdiyimiz xidmətlərə görə bunu bizə verdilər. Təşəkkür edirik. Xidmətimizə davam edəcəyik".
Paytaxt Daşkənddəki sərgi yerli rəqslərlə sona çatdı.