Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın əziz xatirəsi ehtiramla yad olunub

İstanbulda yerləşən Edirnəkapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın (Nuru Killigil) əziz xatirəsi ehtiramla yad olunub.

579118
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın əziz xatirəsi ehtiramla yad olunub

İstanbulda yerləşən Edirnəkapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın (Nuru Killigil) əziz xatirəsi ehtiramla yad olunub.

Anma mərasimində Azərbaycan və Türkiyədən olan tanınmış şəxslər, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun əməkdaşı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının nəslindən olan şəxslər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Nuru Paşanın ruhuna dualar oxunub, Bakıdan və Türkiyənin Kastamonu vilayətinin Bozkurt qəsəbəsindən (Killigil ailəsinin doğma yurdu) gətirilən torpaqlar Nuru Paşanın məzarı üstünə səpilib.

Mərasimdə Nuru Paşanın şərəfli ömür yolundan, tarixi qəhrəmanlığından, 1918-ci ildə Bakının erməni-daşnak işğalından azad edilməsində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından danışılıb. Çalışdığı silah zavodunda baş verən partlayış nəticəsində iş yoldaşları ilə birlikdə həlak olan Nuru Paşa və onun silahdaşları Azərbaycan və Türkiyə xalqları tərəfindən heç zaman unudulmayacağı vurğulanıb.

 Nuru Paşa və 27 iş yoldaşının dəfn edildiyi məzarların xeyriyyəçi iş adamı Zəki Yılmaz tərəfindən bərpa olunması da Vətən və torpaq uğrunda həyatını qurban verən qəhrəman insanlara ehtiram kimi dəyərləndirilib.



Әlaqәli Xәbәrlәr