Bakının qurtuluşundan 98 il keçir

15 sentyabr 1918-ci ildə Nuri Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Bakını düşmən işğalından xilas etdi.

571114
Bakının qurtuluşundan 98 il keçir

Azərbaycanın paytaxtı Bakının qurtuluşunun 98-ci ili qeyd olunur.
 
 15 sentyabr 1918-ci ildə Nuri Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Bakını düşmən işğalından xilas etdi.
 
 Bu əlamətdar gündə Qafqaz İslam Ordusu bir daha yad edildi.
 
 1918 il...
 
 Azərbaycanın paytaxtı Bakı erməni, rus və ingilis işğalı altındadır.
 
 Osmanlı Dövləti I Dünya Müharibəsində bir çox cəbhədə döyüşməsinə baxmayaraq, qardaş ölkəyə yardım etməkdə tərəddüd etmədi.
 
 Azərbaycana yardım üçün yaradılan Nuri Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu 4 aylıq döyüşlərdən sonra  Bakını düşmən işğalından xilas etdi.
 
 Qafqaz İslam Ordusunun  1130 əsgəri Azərbaycan torpaqlarında vətən üçün şəhid oldu.
 
 Azərbaycan xalqı bu qəhrəman ordunu heç vaxt unutmadı.
 
 Qurtuluşun 98-ci ilində paytaxt Bakıda keçirilən tədbirlərin ünvanı Bakı Türk Şəhidliyi oldu.
 
 Türkiyənin Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Meral Barlas Bakıdakı Türk qurum və təşkilatlarının nümayəndələri və Azərbaycanlılar Türk şəhidliyində Azərbaycanın müstəqilliyi yolunda şəhid olan əsgərləri yad etdilər.



Әlaqәli Xәbәrlәr