Türk xanım dünyanın ən güclü qadınları arasında

Ən nüfuzlu iş dünyası jurnalı “Fortune” tərəfindən hazırlanan "Ən güclü iş qadınları” beynəlxalq siyahısında Sabancı Holdinq İdarə Heyətinin sədri Gülər ​​Sabancı 7-ci sırada olub

569379
Türk xanım dünyanın ən güclü qadınları arasında

  Jurnal, eyni zamanda, Gülər ​​Sabancı haqqında məlumat xarakterli yazı  hazırlayıb, onu həm iş qadını, həm də qabaqcıl xeyriyyəçi kimi təsvir edib.

  “Vodafone”nun Afrika, Orta Şərq, Asiya və Sakit okean bölgələri üzrə məsul CEO-su Serpil Timuray da siyahıya Türkiyədən daxil olan qadındır və 23-cü sırada olub.

  Siyahı şirkətin böyüklüyü, qlobal iqtisadiyyatdakı yeri, uğuru və idarəedicinin karyerası ilə ictimai və mədəni təsir meyarları qarşılaşdırılaraq tərtib edilir.



Әlaqәli Xәbәrlәr