Bakıda “Xəyanətdən zəfərə” filmi və fotosərgisinin təqdimatı oldu

“15 iyulda qardaş Türkiyədə xalqın nümayiş etdirdiyi milli iradə – Malazgirtdəki və Çanaqqaladakı savaş ruhunun davamı idi", B.Həsənov

567478
Bakıda “Xəyanətdən zəfərə” filmi və fotosərgisinin təqdimatı oldu

  “15 iyulda qardaş Türkiyədə xalqın nümayiş etdirdiyi milli iradə – Malazgirtdəki və Çanaqqaladakı savaş ruhunun davamı idi. Ona görə də dövlət çevrilişinə cəhd edənlər məqsədlərinə nail ola bilmədilər”.

   Turkustan.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezident Administrasiyası İctimai-Siyasi Məsələlər Şöbəsinin nümayəndəsi Bəhruz Həsənov söyləyib.

  Türkiyə səfirliyinin dəstəyilə TİKA, TRT və Anadolu Ajans tərəfindən təşkil edilmiş “İhanetten Zafere” (“Xəyanətdən zəfərə”) filminin və fotosərgisinin təqdimat mərasimi keçirilib.                            Tədbirdə çıxış edən B.Həsənov 15 iyul hadisələri zamanı Azərbaycan dövlətinin qardaş Türkiyə hökuməti və xalqının yanında olduğunu vurğulayaraq deyib: “Hadisələrin ilk anından Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqı o qanlı prosesləri narahatlıqla izləyirdi. Ona görə də ilk gündən Azərbaycan dövlətinin və prezidentinin mövqeyi nümayiş etdirildi. Azərbaycan dövləti Türkiyədə xalqın seçdiyi və müdafiə etdiyi hakimiyyətin yanında oldu”.

  B.Həsənov onu da qeyd edib ki, “Türkiyədə FETÖ şəbəkəsinə qarşı aparılan mübarizə tədbirləri Azərbaycanda da davam etdirilir. Bununla bağlı cənab prezident müvafiq dövlət qurumlarına tapşırıqlarını verib. İndiyədək bu məsələ ilə bağlı müəyyən addımlar atılıb. Lazım olan bütün addımlar da atılacaq. ”



Әlaqәli Xәbәrlәr