“Şahdəniz-2” layihəsində daha bir önəmli addım atıldı

“Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimi keçirilib.

563314
“Şahdəniz-2” layihəsində daha bir önəmli addım atıldı

“Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimi keçirilib.

Azərbaycanın təbii qazını Türkiyə üzərindən Avropaya çatdıracaq “Cənub Qaz boru  kəməri” layihəsində önəmli bir addım da atılıb.

Belə ki, “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimi  keçirilib.

1 850 km-lik hissəsi TANAP layihəsi ile Türkiyə üzərindən keçəcək “Cənub Qaz boru kəməri” layihesinde ilk təbii qaz axışının 2018-ci ildə reallaşması planlaşdırılır.

İndiyədək layihənin icrası dənizdə və quruda yerləşən bütün istehsalat-quraşdırma sahələrində uğurla davam edib. Hazırda mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti də daxil olmaqla, işlərin 77 faizi tamamlanıb. Layihə çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə artıq 10 istismar quyusu qazılıb. “Şahdəniz Mərhələ 2” çərçivəsində əsas diqqət ildə əlavə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əldə etmək üçün hazırda istismar edilən lay intervallarında qalan ehtiyatlara yönəlib. Layihə çərçivəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək. Qalan həcm, yəni ildə 10 milyard kubmetr Avropa alıcılarına çatdırılacaq. “Şahdəniz Mərhələ 2”yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir.



Әlaqәli Xәbәrlәr