Əhərdə ustad aşıq Vəli Əbdinin yubiley tədbiri keçirildi

Aşıq Vəli Əbdi yarım əsrdir ki, sədəflı saz sinəsində Azərbaycan torpaqlarını qarış-qarış gəzib, saz dilində danışıb, Azərbaycan xalq yaradıcılığının inkişafında özünəməxsus rol oynayıb.

562524
Əhərdə ustad aşıq Vəli Əbdinin yubiley tədbiri keçirildi

  Bu günlərdə İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində Təbriz və Qaradağın tanınmış ustad aşığı Vəli Əbdinin yaradıcılığının 50 illik yubileyi keçirilib.  

  Tədbiri İran Mədəniyət Nazirliyinin Əhər şöbəsi və Təbrizin sənət adamı Xosrov Sərtibi tərəfindən hazırlanıb. X.Sərtibi Təbriz və ətraf şəhərlərdə neçə-neçə Azərbaycan sənətkarlarının tədbirinin ssenari müəllifi və aparıcısıdır.

 

  Yubileydə İran Mədəniyyət Nazirliyinin nümayəndələri, Əhər şəhəri icra başçısı və bələdiyə rəsmiləri çıxış ediblər.

  Aşıq Ayət Qəbərinin başçılığıyla İran Aşıqlar Birliyi Təbriz şöbəsinin beş nimayəndəsi, aşıq Hüseyn Nəcəfinin başçılığıyla Xəstə Qasım Aşıq Məktəbinin gənc aşıqları, aşıq Çingiz Biriya, aşıq Abbas Qaradağlı, şair Səxavət İzzəti və başqa tanınmış insanlar ustad aşığın yubiley tədbirini öz ifaları ilə rəngləndiriblər.  

 Aşıq Vəli Əbdi yarım əsrdir ki, sədəflı zaz sinəsində Azərbaycan torpaqlarını qarış-qarış gəzib, xalqın toy-düyünündə qıza-oğlana, gəlinə-bəyə, ağbirçəyə-ağsaqqala saz dilində danışıb, Azərbaycan xalq yaradıcılığının inkişafında özünəməxsus rol oynayıb.  



Әlaqәli Xәbәrlәr