Akıncı:"Məsələnin iki tərəfin də qəbul edə biləcəyi məqbul bir nəticə ilə bitməsini arzulayırıq

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (Şimali Kipr Türk Respublikası) prezidenti Mustafa Akıncı İstanbulda keçirdiyi görüşlərdən sonra adaya döndüyündə  Ercan Hava Limanında açıqlamalar verdi.

560731
Akıncı:"Məsələnin iki tərəfin də qəbul edə biləcəyi məqbul bir nəticə ilə bitməsini arzulayırıq

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (Şimali Kipr Türk Respublikası) prezidenti Mustafa Akıncı Kıbrıs (Kipr) problemininiki tərəfin də qəbul edə biləcəyi məqbul bir nəticə ilə bitməsini arzuladıqlarını söylədi.
 
 Mustafa Akıncı İstanbulda keçirdiyi görüşlərdən sonra adaya döndüyündə  Ercan Hava Limanında açıqlamalar verdi.
 
 İstanbulda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bir araya gələrək problemin gəldiyi mərhələni qiymətləndirdiklərini bildirən Akıncı Türkiyənin "Kıbrısda 2016-cı ildə həll hədəfinə" dəstəyinin ən yüksək səviyyədə olduğunu vurğuladı.
 
 Prezident Akıncı müzakirə prosesində altı toplantının keçiriləcəyindən bəhs edrək: "Bu görüşlərdə iqtisadiyyat, Avropa İttifaqı, rəhbərlik və qüvvə bölgüsü, mülkiyyət kimi məsələlərdə fikir ayrılığını aradan qaldırmaq, məsələlərə aydınlıq gətirmək lazımdır" deyə danışdı.
 
Akıncı toplantıların 29 avqust-14 sentyabr tarixlərində keçiriləcəyini bildirdi.

 Akıncı: "Hədəfimiz referendumda hər iki cəmiyyətdən  "hə" alına biləcək bir çərçivəni xalqımıza təqdim etməkdir" dedi.
 
 Akıncı Türkiyənin intensiv  danışıqların ikinci turuna  olan marağının daha da artdığını qeyd edərək: "Son mərhələyə qədəm qoyduq. 2016-cı ildə bu məsələni federal bir çərçivədə həl etməsək, bizdən sonrakı nəsillər fərqli yollar sınayacaqlar" ifadəsini işlətdi.



Әlaqәli Xәbәrlәr