İran universitetlərində ilk dəfə Azərbaycan türkcəsində təhsil başlayır

İranda universitetlərində yeni tədris ilinin başlandığı sentiyabr ayından başlayaraq Azərbaycan türkcəsində təhsillə əlaqədar qərar qəbul edilib

552911
İran universitetlərində ilk dəfə Azərbaycan türkcəsində təhsil başlayır

  Ölkədə ali təhsilə qəbul sistemini nizamlayan qurum yeni tədris ilində fakültələr arasında Azərbaycan türkcəsi - türk dili və ədəbiyyatının da yer aldığını açıqlayıb.

  Cari il universitetə qəbul edilmə haqqı qazanan tələbələr 4 illik bakalavr təhsili üçün bu yeni ixtisası da seçǝ biləcək.

  Qeyd edək ki, İranda 1979-cu il İslam İnqilabından sonra qəbul edilən, Konstitusiyanın 15-ci maddəsində farscanın ölkənin rəsmi dili olduğu, ancaq bununla yanaşı digər yerli dillərin də öyrədilməsində hər hansı maneənin olmadığı yazılır. 



Әlaqәli Xәbәrlәr