İranda ilk dəfə aşıqların saytı

Bu sayt keçmişdən bu günə bütün Azərbaycan aşıq ədəbiyyatı, folklor nümunələri və nümayəndələrini öz səhifəsində bir araya gətirir

548546
İranda ilk dəfə aşıqların saytı

  Eyni zamanda, bir aşıq hər hansı aşıq və ya özü haqqında avtobioqrafik məlumatları, əsərlərini, təzə xəbərlərini bu sayta göndərə və geniş şəkildə yayılmasına yardım edə biləcək.

  İran Aşıqlar Birliyinin rəhbəri Aşıq Şahbazi bu barədə deyir: “Biz İran dövləti tərəfindən rəsmən təsdiqlənən bir qurumuq. Amma bəzi telekanallarda özlərini hər hansı İran aşıq qrupunun sədri kimi təqdim edənlər tapılır. Məsələn, bir neçə ay əvvəl Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakıda bir özəl kanalda canlı yayımlanan verilişdə biri çıxıb özünü Təbriz Qaradağ Aşıqlar Birliyinin sədri kimi təqdim etdi. Verilişdən həmən sonra İrandan çoxsaylı aşıqlar televiziyanın rəhbərliyinə zəng edərək şəxsən kanalın prezidenti ilə danışdı, bildirdi ki, “Belə yalanların yayılması İrandakı aşıqlara hörmətsizlik sayılır”. O da sağ olsun, dedi ki: “Bu xəbərin yanlış olduğunu elə həmin verilişin növbəti buraxılışında bəyan edərik”. Televiziyanın rəhbəri verdiyi sözü tutdu və o adamın yalan danışdığını aparıcı söylədi. Bizi eşidib səsimizə səs verdiyinə görə təşəkkürümüzü bildirdik. Bu cür hadisələrin qarşısını almaq üçün öz saytımızın olması məsələsini ortaya qoyduq və burada kim hansı aşıqlar birliyinin sədridir, hansı aşığın hansı fəaliyyəti var, istəyənlər bu səhifədən www.ashiqlarbirliyi.ir saytından öyrənə bilər”.



Әlaqәli Xәbәrlәr