Təbrizdə “Zəlimxan özü var xatirələrdə”

“İndiyə qədər heç bir Şimali Azərbaycan (Azərbaycan Respublikası) şairinin bu həcmdə kitabı İranda çap olunmayıb”, M.Təhmasib

545173
Təbrizdə “Zəlimxan özü var xatirələrdə”

  İranda Azərbaycanın Təbriz şəhərində Məzahir Təhmasib və Yusif Çaxırlının birgə əməkdaşlığıyla Azərbaycanın mərhum Xalq şairi Zəlimxan Yaqubun iki cildlik, min səhifəlik kitabı işıq üzü görüb.

  Tərtibatçılardan olan Məzahir Təhmasib kitabın ərsəyə gəlmə səbəbini belə söyləyir: “Mənim şair Zəlimxan Yaquba uşaq yaşlarımdan böyük məhəbbətim var. Görünür, buna görədir ki, şairin 200-dən artıq şeirini əzbər bilirəm. Bir gün ədəbiyyatsevər dostum Yusif Çaxırlı ilə qərara gəldik ki, birlikdə şairin şeirlərini Təbrizdə çıxaraq. Şairin 13 kitabından şeirlər seçdik. İki cild və min səhifədən ibarət “Zəlimxan özü var xatirələrdə” kitabı Təbrizdə işiq üzü gördü. Bunu cəsarətlə deyə bilərəm ki, indiyə qədər heç bir Şimali Azərbaycan (Azərbaycan Respublikası) şairinin bu həcmdə kitabı İranda çap olunmayıb. Tehranda şair Zəlimxan Yaqubun xatirə gecəsində bu kitabı təqdim etdik. Azərbaycan Cümhuriyyətinin İrandakı səfiri Cavanşir Axundov da həmin tədbirdə var idi”.

  Qeyd edə ki, Azərbaycanın mərhum Xalq şairi Zəlimxan Yaqubun Təbrizdə çıxan  “Zəlimxan özü var xatirələrdə” kitabının hər iki cildinin maddi xərclərini tərtibatçı Məzahir Təhmasib öz üzərinə götürüb və çap etdirib.  



Әlaqәli Xәbәrlәr