"İki dövlət, tək millət” şeirlər antalogiyası təqdim olundu

Türkiyənin paytaxtında Ankara İncəsənət Platformasının təşkil etdiyi III Beynəlxalq "İki dövlət, tək millət" başlıqlı tədbir keçirilib

538622
"İki dövlət, tək millət” şeirlər antalogiyası təqdim olundu

  Ankara Başkent Öğretmen Evində (Paytaxt Müəllim Evində) təşkil edilən mərasim Türkiyənin İstiqlal Marşı və Azərbaycanın himninin oxunmasıyla başlayıb.

  Ankara İncəsənət Platformasının Sultan Özateş tərəfindən hazırlanan və 400 şairin şeiri dərc olunan "İki dövlət, tək millət” (“İki Devlət, Bir Millet Antolojisi”) şeirlər antalogiyasının təqdimatında hər iki ölkənin çox şair və yazıçısı iştirak edib. Səma rəqsləri və əl sənəti sərgisinin də olduğu mərasim səhər saat on birdən axşamçağı altıya qədər sürüb.

   Tədbirdə Azərbaycan və Türkiyənin mədəniyyət, incəsənət və təhsil sahələrində məhsuldar xidmətlərinə görə şairlərə mükafatlar verilib. Mükafatları Ankara İncəsənət Platformasının sədri Sultan Özateş və Azərbaycan nümayəndə heyətinin sədri Qalibə Cəfərova təqdim ediblər.

 

  “İki dövlət, bir millət” antalogiyasında "Zor Sarı gəlin” və “Hər bir insanın ehtiyacı vardır" adlı şeirləri dərc olunan və Xidmət Şərəf Mükafatı verilən Azərbaycanlı şairə İradə Əlili tədbirlə bağlı fikirlərini belə bölüşüb: “Antalogiyada türk dünyası şairlərinin şeirləri çap olunub. Kitabın böyük rəğbət qazanacağına inanıram. Hər zaman olduğu kimi, bu tədbirdə də mən Azərbaycanda Azadlıq Təşkilatının sədri Akif Nağı tərəfindən tədbirə göndərilən, Qarabaq problemlərindən bəhs edən tarixi-sənədli kitabları, o cümlədən özümün yeni “Mənim eşq dünyam” şeirlər toplumu iştirakçılara hədiyyə etdim. Bu cür tədbirlərlə Azərbaycan-Türkiyə mədəni əlaqələrinin şair və yazıçılar qolu daha da inkişaf edir və hər iki dövlətə töhfə olur.”



Әlaqәli Xәbәrlәr