İranda uşaqlar üçün “Varlıq” jurnalı
“Varlıq” jurnalı yaşının 36-cı ilində bir yeniliyə imza atır

R.Heyət deyir: “İran məktəblərində Azərbaycan türkcəsində təhsil hüququndan məhrum olan türk uşaqlarının ehtiyaclarını nəzərə almışıq. “Varlıq” jurnalının ikinci dövrünün 3-cü sayından etibarən uşaqlar üçün 3 aydan bir “Tomurcuq” (tumurcuq) adlı əlavə jurnal nəşr edəcəyik. “Tomurcuq” jurnalının İrandakı uşaqlarımıza ana dili olan Azərbaycan türkcəsini öyrənməkdə və savadlandırmaqda faydası olacağını düşünürəm. İndidən “Hər kəsə xeyirli, uğurlu olsun” deyirəm. Jurnalın ilk sayı gələn həftə işıq üzü görəcək. Yazıları, uşaqların yazı və şəkillərini aşağıdakı ünvana göndərə bilərlər: varliqtomurcuq@gmail.com
Xatırladaq ki, "Varlıq" İranda 1979-cu il islam inqilabından sonra vətəndaşlara ana dilində - Azərbaycan türkcəsində jurnaı nəşr etdirmək icazəsindən sonra yaradılıb. Jurnalın işıq üzü görməsində onun əsas yaradıcısı professor Cavad Heyətin böyük rolu olub. Yazıların 80 faizi Azərbaycan, 20 faizi fars dilindədir. Dərgidə Azərbaycan Respublikasının milli- müdafiə məsələləri, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. Jurnalın redaksiya heyətində Cənubi Azərbaycan poeziyası və ədəbiyyatının görkəmli nümayənədlərindən sayılan professor Həmid Nitqi, Məmmədəli Fərzanə, Kərim Sönməz, Həsən Məcidzadə, Mənzuri Xamneyi, Səməd Sərdariniya və Qulamhüseyn Beqdeli kimi tanınmış qələm sahibləri təmsil olunublar.
"Varlıq" jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir.