21-ci əsrin Dünya Vətəndaşı

Firidun Səfərovu bu ada UNESCO - Strategiya 2014-2021 illərdə Qlobal Vətəndaşlığın Formalaşdırılması Proqramı, Yunanıstandakı Dünya Fəlsəfə Forumu (DFF) və Afina şəhərindəki Sokrat Fəlsəfə Məktəbi (SFM) layiq görüb

525179
21-ci əsrin Dünya Vətəndaşı

  Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrının Baş rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət Mükafatı laureatı Firudin Səfərova “Dünya Vətəndaşı” adı verilib.

  F.Səfərovu bu ada UNESCO - Strategiya 2014-2021 illərdə Qlobal Vətəndaşlığın Formalaşdırılması Proqramı, Yunanıstandakı Dünya Fəlsəfə Forumu (DFF) və Afina şəhərindəki Sokrat Fəlsəfə Məktəbi (SFM) layiq görüb.

  DFF-nun Fəxri Prezidenti, SFM-nin rektoru Evanqelos Mutsopulosun imzası ilə ona göndərilən sertifikatda yazılır: "Səfərov Firudin Səttar oğlu beynəlxalq vətəndaş biliklərinə yiyələndiyi və peşəsinin ustası olduğu üçün “Dünya Vətəndaşı-21-ci əsr” yüksək beynəlxalq statusu daşımağa layiq görülür.

  Daşkəndə gəlməzdən əvvəl Firudin Səfərov 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının Baş rejissoru işləyib, bu mədəniyyət ocağında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operalarına quruluş verib .

  Tanınmış rejissor artıq 40 ilə yaxındır ki, Daşkənddə fəaliyyət göstərir. O, Bakı və Daşkənd teatrlarında 70-dən artıq müasir və klassik opera tamaşalarına quruluş verib.

  Firudin Səfərovun 70 illik yubileyi Daşkənddə yüksək səviyyədə qeyd olunub və opera sənəti qarşısındakı xidmətlərinə görə Özbəkistan Prezidenti İslam Kərimovun Fərmanı ilə “Əmək şöhrəti” ordeni ilə təltif edilib.

  Mənbə: Azertac



Әlaqәli Xәbәrlәr