Ukraynadakı Azərbaycanlılar yenə bir arada

Ukraynanın Dnepr şəhərində Dünya Azərbaycanlılarının 4-cü Qurultayının qarşıya qoyduğu vəzifələr müzakirə olunub

522760
Ukraynadakı Azərbaycanlılar yenə bir arada

  Dnepr şəhərində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının 4-cü qurultayında Azərbaycan prezidenti İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn tapşırıq və tövsiyyələrinə həsr olunmuş toplantı keçirilib.

  Bu il iyun ayının 2-dən 3-dək paytaxt Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının 4-cü qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan Azərbaycanlının növbəti birlik və həmrəylik təntənəsinə çevrilib. Toplantıda çıxışına bu sözlərlə giriş verən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Rövşən Tağıyev qurultayda qarşıda çıxan  vəzifələrdən söz açıb. Dağlıq Qarabağ və Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması, yerli televiziya və kütləvi informasiya vasitələrilə səmərəli işin qurulması, “Həftəsonu Azərbaycan dili məktəbləri”nin aşılması istiqamətində yeni fəaliyyət proqramının hazırlandığını diqqətə çatdıran diaspora rəhbəri qurultayda səslənən hər bir fikrin və ideyanın dünaya Azərbaycanlılarının birlik və həmrəylik məvkurəsinə xidmət etdiyini vurğulayıb və deyib.

  Toplantıda Poltava Vilayət Radasının deputatı Fəxrəddin Muxtarov, Dnepr Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev, Konqresin sədr müavinləri Nəcəf Əhmədov, Zöhrab Cəfərov, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin Dnepr Vilayət Təşkilatının sədri Elza Bəkirova, Azərbaycan Dövlət Televiziyasının Ukrayna və Şərqi Avropa bürosunun rəhbəri Möhsüm Qədiroğlu və digər azərbaycanlılar çıxış edərək quraltayla bağlı xoş və yaddaqalan təəssüratlarını bölüşüblər.
 



Әlaqәli Xәbәrlәr