Urmiyalılar Türkiyəyə dəstək yürüşü keçiriblər

İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərinin sakinləri terrora etiraz və Türkiyəyə dəstəklərini ifadə etmək üçün dinc nümayiş keçiriblər

522066
Urmiyalılar Türkiyəyə dəstək yürüşü keçiriblər

  İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərinin sakinləri iki gün əvvəl İstanbulun Atatürk Beynəlxalq Hava limanındakı terror hücumuna etiraz bildirmək, Türkiyəyə dəstəklərini ifadə etmək və həyatını dəyişən insanların xatirəsini yad etmək üçün Türkiyənin Urmiyadakı Konsulluğu qarşısında dinc nümayiş keçiriblər.  

  Terrora etiraz edən urmiyalılar əllərində Türkiyəyə dəstək plakatları və çiçəklər tutaraq dünyanı başına alan şiddətə qarşı olduqlarını bildiriblər.

  Qeyd edək ki, İstanbulun Atatürk Beynəlxalq Hava limanındakı terror hücumu nəticəsində baş vermiş partlayışlarda ölənlərdən 5-i İranlıymış ki, onlardan biri Güney Azərbaycanın Salmas şəhərinin sakini Salar Davudi Köhnəşəhri olub. Siahıda Türkiyə vətəndaşlarından başqa Özbəkistan, Doğu Türkistan (Çinin Uyğur Muxtar Vilayəti), Səudiyyə Ərəbistanı, Tunis, İordaniya, İraq və Ukraynadan olan sərnişinlərin də adları var.

  Xatırladaq ki, iyunun 28-i axşam saatlarında İstanbulun Atatürk Beynəlxalq Hava Limanında törədilən terror aktında 42 nəfər ölüb, 5-i iranlı olmaqla, 200 nəfərə yaxın insan isə bədən xəsarəti alıb. Özünə intihar kəməri bağlamış 3 terrorçu canlı bomba, hava limanının beynəlxalq terminalının girişində müxtəlif ölkələrdən olan sərnişinlərin üstünə kalaşnikov avtomatından atəş açıb, sonra isə bir neçə partlayış törədib. Hava limanına silahlı-bombalı basqını DAEŞ terror qruplaşmasına bağlı şəxslərin həyata keçirdiyi təxmin edilir.

  Onu da qeyd edək ki, İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhəri ilə Türkiyənin İstanbul şəhəri arasında 2013-cü ilin 9 mayında birbaşa aviareys açılıb və Urmiya-İstanbul aviareysi həftədə üç dəfə həyata keçirilir.

Mənbə: turkustan.info



Әlaqәli Xәbәrlәr