Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanın birgə konfransı

Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı Beynəlxalq Əmək Təşkilatının ev sahibliyilə inkişaf və məşğulluq mövzulu 3-cü konfrans Qazaxıstanın paytaxtı Almaatada başlayıb

520165
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanın birgə konfransı

  Regional inkişaf və məşğulluq sahəsində fəaliyyət göstərən təşkilat, qurum, alim və araşdırmaçıları bir araya gətirən konfransda bölgə ölkələrində məşğulluqla bağlı məsələlər müzakirə olunub.

  Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı Beynəlxalq Əmək Təşkilatının ev sahibliyilə inkişaf və məşğulluq mövzulu 3-cü konfrans Qazaxıstanın paytaxtı Almaatada başlayıb.

  Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan mütəxəssis və heyətlərin iştirakıyla reallaşan konfransın məqsədi bölgələrin inkişafı və məşğulluq sahəsində həyata keçirilən işləri qiymətləndirməkdir.

  Konfransda çıxış edən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı üzrə Avropa və Müstəqil Dövlətlər Birliyi İstanbul Region Mərkəzi idarəçisi Rastislav Vrbenski 2008-ci ildə başlayan iqtisadi böhrandan sonra ölkələrin yavaş-yavaş inkişaf etdiyini, amma bu inkişafın məşğulluq yaratmadığını söyləyib.

  Birləşmiş Millətlər Təşkilatı və onun filiallarının üzv ölkələrlə ediləcək işlərdə birgə iştirakıyla bağlı protokol imzalama mərasiminə Türkiyə Konseyi Baş katib yardımçısı səviyyəsində qatılıb.



Әlaqәli Xәbәrlәr