Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

511030
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Azǝrbaycan Milli Mǝclisinin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ölkǝnin ümummilli lideri Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu, bununla da Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtuldu.

Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçildi. Belǝliklǝ uzun illər davam edən gərginlik və qarşıdurma səngidi və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirdi, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət Azǝrbaycanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi.

1997-ci ildə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.



Әlaqәli Xәbәrlәr