Kanadada Türk Günü

Kanadanın ən böyük əyaləti Ontario parlamentində Türk Günü təşkil edilib

501056
Kanadada Türk Günü

   Türkiyənin Torontodakı səfirliyi tərəfindən həyata keçirilən qəbulda Ontario İnnovasiya naziri Rıza Müridi və millət vəkilləri olublar.  

  Muridi tədbirin açılışında etdiyi çıxışında millət vəkillərinə Türkiyəyə mütləq getmələrini məsləhət görüb: “Türkiyə deyilincə ağla ilk İstanbul gəlir. Halbuki Konya, Kapadokya və çox görüləsi yerlər var. Bundan başqa, türklərin qonaqpərvərliyini şəxsən gözünüzlə görməlisiniz."

  Liberal Partiyanın Kinqston üzrə millət vəkili Sofi Kivala (Sophie Kiwala) Türkiyədən böyük bir coşgu və keyf aldığını söyləyərək bu hissləri yaşamağı millət vəkillərinə də tövsiyə edib.

  Türkiyənin Toronto üzrə Baş konsulu Erdeniz Şen Anadolu Agentliyi (AA) müxbirinə verdiyi müsahibədə deyib: “Kanadada hər biri bir müvəffəqiyyət hekayəsinə malik türklərdən ibarət cəmiyyət formalaşıb. Məqsədimiz insanlarımızla millət vəkillərini bir araya gətirmək və yaxın tanışlığı təmin etməkdir. Bu cür tədbirləri yenə reallaşdıracağıq.'

  Türk günündə Türkiyə mətbəxindən yeməklər, Türk çayı və Türk qəhvəsi verilib, Toronto Cərrahiyyə Dərgahının səma rəqsləri ifa edilib, ebru sənətçisi Xədicə Özcan və qızı Həcər ebrunu tanıdan işləriylə iştirakçıların marağını çəkiblər.



Әlaqәli Xәbәrlәr