Ankarada Azərbaycanın müstəqilliyinin 98-ci ili münasibətilə  ziyafət verildi

Azərbaycanın Türkiyə Səfirliyindəki rəsmi qəbulda xarici missiya nümayəndələri ilə yanaşı, Türkiyəni təmsil edən Baş nazir müavini Toğrul Türkeş, İqtisadiyyat naziri Nihat Zeybekci, Nəqliyyat naziri Əhməd Arslan da iştirak etdilər.

499201
Ankarada Azərbaycanın müstəqilliyinin 98-ci ili münasibətilə  ziyafət verildi

  Toğrul Türkeş Dağlıq Qarabağ cəbhəsində və Ermənistan-Azərbaycan sərhədinin bəzi bölgələrində ötən ayın əvvəllərində Ermənistan tərəfinin hücumu ilə başlayan qarşıdurmaların Türkiyə tərəfindən yaxından izləndiyini vurğulayaraq: 
 "Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin davamı baxımından ölkəmizin məsuliyyətinin dərk edirik. Bu məsuliyyətin tələbini yerinə yetirməyə də qərarlıyıq. Türk xalqı yaxşı gündə olduğu kimi, pis gündə də Azərbaycanlı qardaşlarının daim yanında olub, bundan sonra da olmağa davam edəcəkdir" dedi.
 
 Nəqliyyat Naziri Əhməd Arslan da Bakı-Tbilisi-Qars Dəmir Yolunun yeni ildə xidmətə başlayacağı barədə məlumat verdi.
 
Bir Millət, iki dövlət anlayışından irəli gələn Türkiyə- Azərbaycan qardaşlığının möhkəmləndiyini vurğulayan Arslan:
 
 "Hədəfimiz  Bakı-Tbilisi-Qars Dəmir Yolunu  2017-ci ilin əvvəlində istismara verməkdir. Bu layihə həm ticari, həm də iqtisadi olaraq dostluğumuza böyük töhfə verəcəkdir" dedi.
 
 Çıxışların ardından milli gün münasibətilə bişirilmiş tort kəsildi.



Әlaqәli Xәbәrlәr