Türkiyədə ilk dəfə “Leyli və Məcnun”

Müsəlman Şərqinin ilk operası sayılan, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi ilə böyük şair Məhəmməd Füzulinin şeirindən yaranan “Leyli və Məcnun”

491399
Türkiyədə ilk dəfə “Leyli və Məcnun”

Operanın Türkiyə tarixində ilk dəfə olaraq Ankara Dövlət Opera və Balet Teatrında may ayının 14-ündə premyerası oldu.

  Açılış nitqini Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov edərək Şərq xalqları arasında məşhur olan bu ərəb rəvayətinin ilk dəfə poema halına Azərbaycanın böyük şairi Nizami Gəncəvinin (1141-1209) gətirdiyini və 2 əsr sonra isə Məhəmməd Füzulinin (1494-1556) qələmində zirvə nöqtəsinə çatdığını söylədi.

  Sonra pərdə qaldırıldı və “Leyli və Məcnun” operanın aktrisası Selva Erdener (Leyli) və Azərbaycanın Xalq artisti Mənsum İbrahimov (Məcnun), eyni zamanda teatrın digər vokal sənətkarlarının ifasında tamaşaçılara təqdim olundu.

  Ankara Dövlət Opera və Balet Teatrında səhnələşdirilən operanın rejissoru, teatr sənəti üzrə professor Əflatun Nemətzadə, orkestr dirijoru, musiqi sənəti üzrə professor Fəxrəddin Kərimov, kostyumlar üzrə mütəxəssis Savaş Camgözdür.

  “Leyli və Məcnun” operası Ankarada may ayının 16 və 19 tarixlərində də göstəriləcək. May ayının 16-sında olacaq tamaşada baş rolları Azərbaycanın əməkdar artisti İlkin Əhmədov, xanəndə Arzu Əliyeva, ayın 19-unda isə Mənsum İbrahimov və Arzu Əliyeva paylaşacaq.    

  Qeyd edək ki, 1907-1908-ci illərdə yazılan və Azərbaycanın paytaxtı Bakı şəhərində ilk dəfə səhnəyə qoyulan “Leyli və Məcnun” operası dünyada Şərq və Qərb tarixində muğam və Avropa operasının üzvi vəhdətindən yaranan ilk operadır.   

 



Әlaqәli Xәbәrlәr