Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi ilǝ “TOKİ” arasında ǝmǝkdaşlıq

Azərbaycan, Türkiyǝ Baş nazirlik yanında İctimai mǝnzil inşaatı idarǝsini(TOKİ) model götürǝrǝk Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyini yaradıb.

488596
Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi ilǝ  “TOKİ” arasında ǝmǝkdaşlıq

Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev və onu müşaiyǝt edǝn heyət, “Toki”-nin rǝhbǝri Ergün Turan ilǝ bir araya gǝlǝrǝk bu sahǝdǝ aparılan işlǝr haqqında mǝlumat alıb.

Bir çox ölkənin “TOKİ”-nin təcrübələrini paylaşmaq istǝdiyini ifadǝ edǝn Ergün Turan, “Azərbaycan, Toki tərəfindən tətbiq olunan maliyyə modelini nümunə götürǝrǝk prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyini yaradıb. Bu mǝqsǝdlǝ təcrübələrimizi qardaş ölkǝ ilǝ bölüşdük. “Toki” modelini öyrənmək və tətbiq etmək istəyən ölkələrǝ dǝ lazımlı mǝlumat vermǝkdǝ hazırıq” deyǝ vurğulayıb.

“TOKİ”-nin yaradıldığı 1984-cu ildǝn 2002-ci ilə dǝk 43 min mənzil tikdiklǝrini ifadǝ edǝn Turan, “Toki, 2002-ci ildən bu günə qədər 717 min mənzilin inşaatını tamamlayıb. Yǝni 19 ildə 43 min mənzil tikib.



Әlaqәli Xәbәrlәr