Ankarada "Türkologiya Günü" keçirildi

"Türk Dilinin Varlığı Üçün VI Türkologiya Günü" toplantısı Ankara Universiteti Dilvə Tarih- Coğrafiya Fakültəsinin Farabi salonunda keçirildi.

488758
Ankarada "Türkologiya Günü" keçirildi

 Hər il ənənəvi olaraq may ayının ilk yarısında keçirilən "Türkologiya Günü"-nün altıncı toplantısı Universitetin Çağdaş Türk Dilləri və Ədəbiyyatları Bölümünün rəhbərliyi altında Türkiyə və Türk Dünyasının müxtəlif bölgələrindən gələn alimlərin iştirakı ilə baş tutdu.
 
 "Türkologiya Günü" toplantısının idarə heyətinin sədri  Rza Heyət açılış nitqində Türk Dünyasının müxtəlif bölgələrində ana dili -Türk dilində təhsilin vəziyyəti, problemləri barəsində və toplantının iştirakçıları və sessiyanın gedişi haqqında məlumat verdi. Sonra Çağdaş Türk Dilləri və Ədəbiyyatları Kafedrasının müdiri professor Səma Barutcu Özönder "Türkologiya Günü" toplantılarının əhəmiyyətinə toxundu, diğər Türk cümhuriyyətlərində və cəmiyyətlərində da analoji toplantıların keçirilə biləcəyini qeyd etdi.
 
 İki sessiyada keçirilən, Türkiyə, İran və Kanadadan olan elm adamlarının  bəyannamə təqdim etdiyi toplantıda Əfqanıstan, İran, Saxa Respublikası (Yakutiya)v ə Tıva Respublikası kimi Türk ellərində "Türk dilində təhsilin vəziyyəti", "Türk anlayışı və İranda tarixin yazılması" məsələləri müzakirə edildi.
 
 Toplantının son hissəsində Çağdaş Türk Dilləri və Ədəbiyyatları Bölümünün  tələbələri tərəfindən Türk Dünyasından şeirlər və mahnılar səsləndirildi. Tələbələrin Qırğız, Qazax, Türkmən, Azərbaycan Türkcəsi və Uyğur Dillərində səsləndirdikləri şeirlər və mahnılar maraq və rəğbətlə qarşılandı.
 
 Qeyd edək ki, 1979-cu ildən etibarən Tehranda Professor Doktor Cavad Heyət tərəfindən nəşr olunmağa başlayan və Türk dili və mədəniyyətinin inkişafında misilsiz rolu olan "Varlıq" jurnalının ilk sayının dərc olunduğu 5 may tarixi "Türkologiya Günü" kimi qeyd olunur.



Әlaqәli Xәbәrlәr