Türkiyə ilǝ Azərbaycan arasında sǝhhiyǝ sahǝsindǝ ǝmǝkdaşlıq

Türkiyə ilǝ Azərbaycan arasında tibb və səhiyyə sahəsində əməkdaşlığın irǝli pillǝlǝrǝ qaldırılmasını nǝzǝrdǝ tutan protokol imzalanıb.

478650
Türkiyə ilǝ Azərbaycan arasında sǝhhiyǝ sahǝsindǝ ǝmǝkdaşlıq

Səhiyyə naziri Mǝhmet Müǝzzinoğlu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna qatılmaq üçün getdiyi Bakıda Azərbaycan Səhiyyə naziri Oktay Şirəliyev ilə bir araya gǝlib.

Müǝzzinoğlu görüş zamanı iki ölkǝ arasındakı qarşılıqlı ünsiyyəti intensivlǝşdirmǝk vǝ tibb təhsili sahəsində əməkdaşlığı güclǝndirmǝk Azərbaycandakı tibb oğrǝncilǝrinin daha yaxşı yetişməsinə müsbǝt tǝsir edǝcǝk  deyib.

Nazir Şirəliyev də Türk səhiyyə və tibb müəssisələrinin bu günə qədər Azərbaycana güçlü dǝstǝyinin olduğunu, minlərlə azərbaycanlı öğrǝncinin Türkiyədə tibb təhsili aldığını vurğulayıb.

Danışıqlar zamanı iki ölkə arasında tibb və səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nǝzǝrdǝ tutan saziş imzalanıb.

Nazir Müǝzzinoğlu, imza mərasimində etdiyi danışmada, Dağlıq Qarabağda son zamanlarda yaşanan gərginliyə toxunaraq, qarşıdurmalarda şəhid olan Azərbaycan əsgərləri üçün başsağlığı verib.

İşğal altındakı Azǝrbaycan ǝrazilǝrinin qısa zamanda azad olunmasını  dilǝdiyini  ifadǝ  edǝn  Mǝhmet Müǝzzinoğlu, “Türkiyə Azərbaycanın haqlı davasının yanında yer almaqda davam edǝcǝk” deyǝ vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr