Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan işgüzar sǝfǝrlǝ Azǝrbaycandadır

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna qatılmaq mǝqsǝdilǝ Bakıya sǝfǝr edib.

478034
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan işgüzar sǝfǝrlǝ Azǝrbaycandadır

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna qatılmaq mǝqsǝdilǝ Bakıya sǝfǝr edib.

Dövlǝt başçısı Әrdoğanın sǝfǝri zamanı Azǝrbaycan Prezidenti İlham Әliyevlǝ baş tutan görüşündǝ ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulanıb. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti vurğulanaraq və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi ifadǝ edilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi dǝ aparılıb.

Әrdoğan vǝ Әliyev iki ölkǝnin ortaq hǝyata keçirdiyi Trans- Anadolu qaz boru kǝmǝri (TANAP) başda olmaqla enerji sahǝsindǝki ǝmǝkdaşlığın inkişafı mǝsǝlǝsi ilǝ Dağlıq Qarabağda baş verǝn son hadisǝlǝri dǝ müzakirǝ edǝrǝk, “tǝk millǝt iki dövlǝt” şüarını vurğulayıblar.

İkitǝrǝfli görüşdǝn sonra Әliyev Әrdoğanın şǝrǝfinǝ şam yemǝyi verib. Yemǝyǝ Dövlǝt başçısı Әrdoğanın xanımı Әminǝ Әrdoğan ilǝ Әliyevin xanımı Mehriban Әliyeva da qatılıb.



Әlaqәli Xәbәrlәr