Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumu

Dünya ölkələrinin yüksək səviyyəli rəsmiləri aprelin 25-27-də Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda bir araya gələcəklər.

477330

Azǝrbaycan Mədəniyyət və Turizm Nazirliyinin mǝlumatına ǝsasǝn, Türkiyə Baş nazirinin müavini Yıldırım Toğrul Türkeş, Braziliyanın xarici işlər naziri Mauro Vieira, İranın vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər, Tunis Prezidentinin mədəni işlər üzrə məsləhətçisi Hassen Arfaoui, Qazaxıstan Parlamenti Senatının sədri Kasım-Jomart Tokayev, Belarus Nazirlər Kabinetinin sədri Mixail Myasnikov, Moldova Respublikası İcraçı Komitəsinin və Qaqauz Yerinin (Qaqauziyanın) başqanı İrina Vlah, Çinin Sivilizasiyalar Dialoqu üzrə Qiaoloji İnstitutunun prezidenti və təsisçisi, Chang’An Forumunun icraçı prezidenti Ping Gao Forumda iştirak edəcək rəsmi şəxslər arasında olacaqlar.

Әlaqәli Xәbәrlәr