Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən cəsəd tapılıb

Bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

474356
Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən cəsəd tapılıb

Azərbaycanın Türkmənistandakı səfirliyindən verilmiş məlumata əsasən, aprelin 18-də Xəzər dənizinin bu ölkəyə aid sahilində tapılmış cəsədin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, bununla əlaqədar nazirliyin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Mə​nbə​:Azə​rtac



Әlaqәli Xәbәrlәr