Şəhid pilotun övladlarına Türkiyədən şad xəbər gəldi

Uşaqların ali təhsil və s. xərcləri Türk Dünyası Araşdırmaları Cəmiyyəti (Vəqfi) tərəfindən ödəniləcək.

473723
Şəhid pilotun övladlarına Türkiyədən şad xəbər gəldi

Şəhid hərbi pilot, mayor Təbriz Musazadənin iki övladı Tayfun və Onurla bağlı növbəti xoş xəbəri aldıq. Türk Dünyası Bakı Atatürk Liseyindən verilən xəbərə görə, həmin uşaqların ali təhsilləri, hətta ali təhsildən sonrakı bütün magistratura xərcləri belə Türk Dünyası Araşdırmaları Cəmiyyəti (Vəqfi) tərəfindən ödəniləcək.

Türk Dünyası Bakı Atatürk Liseyinin müdiri Ali Devrimin məlumatına görə, bu barədə Cəmiyyətin sədri Közhan Yazqan qərar verib.

Xatırladaq ki, ötən həftənin cümə günü Tayfun və Onurun təhsil aldığı Türk Dünyası Bakı Atatürk Liseyində xatirə tədbiri keçirilmişdi. Həmin tədbirdə onların liseydəki təhsil haqlarından azad olması elan edildi. İndi isə məlum oldu ki, şəhid övladlarının bir ömür boyu aldıqları bütün təhsilin xərclərini Türk Dünyası Araşdırmaları Vəqfi öz üzərinə götürüb.

Mənbə: turkustan.info



Әlaqәli Xәbәrlәr