Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Özbəkistanda rəsmi səfərdədir

Özbəkistan Prezidenti İslam Kərimovun Nursultan Nazarbayevlə görüşündə iki ölkə arasında əlaqələrin indiki səviyyəsi və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

471686

Danışıqlar zamanı ölkələr arasında ticarət-iqtisadi, su-energetika, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin regional və beynəlxalq təhlükəsizliyin qorunması, bu ilin iyun ayında Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsi və digər məsələlər müzakirə olunub.

Nursultan Nazarbayev qeyd edib ki, hər iki ölkə arasında tarixi dostluq əlaqələri mövcuddur və bu əlaqələr müstəqillik illərində daha da güclǝnib.

Bildirilib ki, Özbəkistanla Qazaxıstan arasında iqtisadiyyatın bütün sahələrini əhatə edən güclü müqavilə-hüquq bazası yaradılıb və indiyədək 107 dövlətlərarası, hökumətlərarası və nazirliklərarası sənədǝ qol çǝkilib. 2015-ci ildə ölkələr arasında mal mübadiləsi 3 milyard dollardan çox olub. Özbəkistanda Qazaxıstan kapitalının iştirakı ilə 206 müəssisə fəaliyyət göstərir.

Mə​nbə​:Azə​rtac

Әlaqәli Xәbәrlәr