V.Mahmudov:"Təşkilat regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına üstünlük verir"

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri milli təhlükəsizlik şurası katiblərinin iclası Özbəkistanın paytaxtı Daşkənddə başlayıb.

470768

Özbəkistan Milli Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov iclasın açılışında etdiyi çıxışında təşkilatın regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına üstünlük verdiyini deyib.

Mahmudov bildirib ki, ŞƏT-in regionda terror və narkotik alverinə qarşı mübarizədə əhəmiyyətli bir təşkilata çévrilib. Regional təhlükəsizlik və sabitliyin təmin olunması və aktual təhdidlərə qarşı birgə mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə dair qərarlar qəbul olunacağına inanıram.

Toplantıya Çin Dövlət Şurasının üzvü və Cəmiyyət Təhlükəsizliyi üzrǝ nazir Guo Shengkun, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Qazaxıstan Təhlükəsizlik Şurasının katibi Nurlan Ermekbayev, Qırğızıstan Müdafiə Şurasının katibi Temir Jumakadirov, Tacikistan Təhlükəsizlik Şurasının katibi Abdurahim Kahharov və Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Raşid Alimov qatılır.

Әlaqәli Xәbәrlәr