Qırğızıstan Milli Universitetində Türkcə Tədris Mərkəzi açıldı

Son 1 il ərzində 3400 Qırğızıstan vətəndaşına Türkiyə türkcəsi öyrədilib

465363
Qırğızıstan Milli Universitetində Türkcə Tədris Mərkəzi açıldı

Qırğızıstanın paytaxtı Bişkekdəki Yusif Balasaqunlu Milli Universitetində qurulan Türkcə Tədris Mərkəzinin açılışında Türkiyənin Qırğızıstandakı səfiri Metn Kılıc, Universitetin rektoru Çinara Adamkulova və Türkiyə Səfirliyinin Təhsil üzrə müşaviri Rəcəb Sula iştirak ediblər.

Səfir Metin Kılıç açılışda etdiyi çıxışında iki ölkə arasındakı əməkdaşlığın qarşılıqlı olaraq dil öyrənilməsi ilə inkişaf edəcəyini vurğulayıb.

Türkcə Tədris Mərkəzinin açılışından duyduqları məmnuniyyəti dilə gətirən rektor Çinara Adamkulova təhsil və elm sahəsində təcrübələrdən faydalanmaq məqsədiylə Yusif Balasaqunlu Milli Universitetinin Türkiyənin 9 universitetilə əməkdaşlıq etdiyini bildirib.

Açılışda Türkiyə səfriliyinin Qırğızıstandakı Təhsil üzrə müşaviri Rəcəb Sula da çıxış edərək təhsil qurumları, təhlükəsizlik idarələri və bəzi nazirliklər tərkibində açdıqları dil mərkəzləri xəttilə son 1 il ərzində 3400 Qırğızıstan vətəndaşına Türkiyə türkcəsində təhsil verdiklərini söyləyib.

Tədbirdə həm də Yusif Balasaqunlu Milli Universiteti ilə Türkiyə Səfirliyinin Təhsil Müşavirliyi arasında təhsil və elmi mövzularda əməkdaşlıqla bağlı 5 illik protokol imzalanıb.



Әlaqәli Xәbәrlәr