“Atəşkəs rejimi pozularsa, məsuliyyət Ermənistanda olacaq”, İ.Əliyev

Bunu Azərbaycanın prezidenti İlham Əliyev dünən Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışında deyib

465408
“Atəşkəs rejimi pozularsa, məsuliyyət Ermənistanda olacaq”, İ.Əliyev

“Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəs rejimi pozularsa, məsuliyyət Ermənistan tərəfi üzərində olacaq". Bunu Azərbaycanın prezidenti İlham Əliyev dünən Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışında deyib.

V.Putinin təşəbbüsü ilə baş tutan telefon söhbətində dövlət başçıları ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə dəstək verdiklərini, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Rusiya prezidenti cəbhə xəttində son hadisələrlə bağlı narahatlığını bildirib, vəziyyətlə maraqlanıb, atəşkəs rejiminin möhkəmlənməsinin vacibliyini vurğulayıb.

Bu arada, NATO-nun Baş katibi Cens Stoltinberq da verdiyi yazılı açıqlamada qarşıdurmaların dayandırılması xəbərlərinin cəsarətverici olduğunu söyləyərək "Tərəfləri atəşkəsə riayət etməyə və yeni bir gərginliyin qarşısını almağa çağırıram" deyə bildirib. NATO-nun ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini vurğulayan Stoltinberq danışıqlar masasına geri dönmə və müşahidəçilərin himayəsində əhatəli bir razılığa gəlməyə ehtiyac olduğunu deyib.



Әlaqәli Xәbәrlәr