Ermənistan tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq endirilən atəş zərbələri nəticəsində erməni hərbi qulluqçuları böyük itkilərə məruz qalıb.

464502
Ermənistan tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq endirilən atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içərisində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mǝlumatına ǝsasǝ​n, son bir neçə saat ərzində Azǝrbaycan hǝrbi birləşmələrinin cavab atəşləri nəticəsində Ermənistan tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Azǝrbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə hǝrbi birlǝşmǝlǝr tǝrǝfindǝn mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri görülür.

Mǝnbǝ:AZӘRTAC



Әlaqәli Xәbәrlәr