Azǝrbaycanın turizm imkanları Türkiyǝdǝ tanıdılır

29 fevralda İstanbul şəhərində turizm nümayəndəliyinin rəsmi açılışı ilə bağlı tədbir keçiriləcək.

440971
Azǝrbaycanın turizm imkanları Türkiyǝdǝ tanıdılır

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azǝrbaycanın turizm imkanlarının Türkiyədə tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Azərbaycanın İstanbulda turizm nümayəndəliyi fəaliyyətə başlayacaq. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi ilə İstanbul şəhərində fəaliyyət göstərən “Gateway” şirkəti arasında razılıq əldə olunub.

Fevralın 29-da İstanbul şəhərində turizm nümayəndəliyinin rəsmi açılışı ilə bağlı tədbir keçiriləcək. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik edǝcǝyi nümayəndə heyəti ilə yanaşı, bir sıra yerli turizm assosiasiyalarının rəhbərləri, həmçinin Azərbaycan və Türkiyə turizm şirkətləri və mehmanxanalarının nümayəndələrinin iştirakı planlaşdırılır.

Tədbirin sonunda Azərbaycanda fəaliyyət göstərən böyük mehmanxanaların və “Formula-1” yarışmasının Qran-pri mərhələsinin təqdim etdiyi biletlərə əsasən viktorinalar keçiriləcək.

Qeyd edək ki, artıq Azərbaycanın turizm nümayəndəliyi BƏƏ, Almaniya və Rusiyada fəaliyyət göstərir.



Әlaqәli Xәbәrlәr