Türk Pedaqoq Taci Şəntürkün yeni kitabı

Pedaqoq Şəntürkün yeni kitabı Azərbaycanda böyük maraqla qarşılanıb.

433639
Türk Pedaqoq Taci Şəntürkün yeni kitabı

Azərbaycanda tədqiqatlar aparan məhşur Türk Pedaqoq Taci Şəntürkün yeni kitabı böyük marağa səbəb olub.

Türkiyə və Azərbaycan daxil olmaqla bir çox ölkədə ailə və uşaq psixologiyası mövzusunda seminarlar təşkil edən Şəntürk, “ Dərsimiz ailə, mövzumuz uşaq tərbiyəsi” adlı yeni kitabını oxucularına təqdim edib.

Paytaxt Bakıda məktəblərin birində təşkil olunan imza gününə hər yaşdan oxucu qatılıb. Azərbaycan dilində çap edilən kitabın imza gününə gələnlər Pedaqoq Şəntürklə həm söhbət edib həm də yazıçıdan ailə və uşaq psixologiyası üzərinə yeni kitablar yazmasını xahiş ediblər.

Şəntürk bildirib ki, ilk gündən etibarən kitaba çox maraq göstərilir və o, bu diqqətdən çox razıdır. Azərbaycanın bir çox bölgəsini gəzən və ailə uşaq psixologiyası mövzusunda tədqiqatlar aparan Şəntürk:“Qarşılaşdığım problemlərlə bağlı öz kitabımda fikirlərimi bildirmişəm. Ümid edirəm oxuyucularıma kömək edə biləcəyəm”.

Taci Şəntürkün 190 səhifəlik yeni kitabında ailə əlaqələri, uşaq tərbiyəsində sevgi, qayğı, cəza və oyun kimi davraşınların roluna geniş miqyaslı yer verərək, valideynlərin diqqətini cəlb edib.



Әlaqәli Xәbәrlәr