Tarixdə bu gün: 20 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1547804
Tarixdə bu gün: 20 dekabr

20 dekabr 1915-ci ildə Çanaqqalada Türk ordusunu keçə bilməyərək məğlub olan İngilis-Anzak qüvvələri Anafartalar və Arıburnu bölgəsini boşaltdı. Müttəfiq qüvvələrin 9 yanvar 1916-cı ildə Səddülbahir bölgəsindən çəkilməsilə Çanaqqalada Türkiyə ordusunun zəfəri təsdiqləndi.

20 dekabr 1942-ci ildə Tokat vilayətinin Erbaa və Niksar qəsəbələrində 7 bal gücündə zəlzələ baş verdi. Təbii fəlakət nəticəsində minlərlə binaya ziyan dəydi, 3 minə yaxın insan həlak oldu.

20 dekabr 1987-ci ildə sərnişin gəmisi “Dona Paz” Filippinin Mindoro adası sahillərində bir tankerə çırpılıb. Partlayış və daha sonra baş verən yanğın nəticəsində 3 mindən çox insan ölüb.

20 dekabr 1989-cu ildə ABŞ 25 min əsgərlə Panamaya müdaxilə etdi və diktator Manuel Norieqa hakimiyyətdən getdi.



Әlaqәli Xәbәrlәr