Tarixdə bu gün: 15 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1545303
Tarixdə bu gün: 15 dekabr

 İlk dəfə Orxan-Yenisey kitabələrini oxuyan dilçi alim və türkoloq Vilhelm Lüdviq Tomsen (Wilhelm Ludwig Thomsen) 1893-cü ilin 15 dekabrında Danimarka Krallığı Elmlər Akademiyasına təqdim etdiyi məruzədə elm dünyasına Göytürk əlifbasının çözüldüyü, kitabələrinin oxunduğunu açıqladı.  

  Müdrik xaqan kitabəsinin şərq üzündə bu sözlər yazılırdı: "Türk Oğuz bəyləri və xalqı, eşidin! Üstdə göy çökmədikcə, altda yer ayrılmadıqca sənin dövlətini və qanunlarını kimsə yıxa və poza bilməz".

 15 dekabr 1989-cu ildə Rumıniyada diktator Nikolay Çavuşeski və həyat yoldaşı Yelenanın 25 dekabrda güllələnməsi ilə nəticələnəcək xalq qiyamı başladı. İlk gün çıxan hadisələrdə 115 adam həyatını itirdi.

1995-ci ilin 15 dekabrında Avropa Ali Məhkəməsi belçikalı futbolçu Bosmanın açdığı iddia ilə əlaqədar qərarını açıqladı. İdman tarixinə "Bosman qaydaları" olaraq düşən qərara görə, Avropa İttifaqı üzvü olan ölkələrin milli liqalarında transfer edilən oyunçunun, Avropa vətəndaşı qalması şərtiylə, xarici oyunçu məhdudlaşdırılması aradan qaldırıldı. Bununla da futbolçuların müqavilələri sona çatdığı zaman “bonservis” bədəli ödəmədən istədikləri kluba keçmələrinin qarşısı açıldı.   



Әlaqәli Xәbәrlәr