Tarixdə bu gün: 11 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1543315
Tarixdə bu gün: 11 dekabr

11 dekabr 1936-cı ildə İngiltərə Kralı VIII Eduard Vals Mispson ilə birlikdə olmaq üçün hökmranlıqdan imtina etdi. İngilis monarxiyası adından bir ilkə imza atan Kral VIII Eduard bu qərarından sadəcə 3 ay əvvəl Türkiyəni ziyarət edərək Mustafa Kamal Atatürkün qonağı olmuşdu.

11  dekabr 1987-ci ildə "Hababam Sınıfı", "Xoşbəxt Günlər" və "Tosun Paşa" kimi əhəmiyyətli filmlərdə rol alan bir teatr və kino sənətçisi Adile Naşit İstanbulda vəfat edib.

11 dekabr 1994-cü ildə Çeçenistanın birtərəfli olaraq elan etdiyi qərara qarşı  Rusiya Ordusu hərəkətə keçdi. Ruslar yüzlərlə tankın dəstəyi ilə şəhərləri işğal etməyə başladı, ancaq çeçenlər partizan hərəkatı ilə Rusiya qüvvələrinin qarşısını aldı. 1-ci Rusiya-Çeçen müharibəsi 30 avqust 1996-cı ildə imzalanan Hasav-Yurt müqaviləsi ilə sona çatdı.

11 dekabr 1999-cu ildə Aİ-nın Dövlət və Hökümət Başçıları Sammitində Türkiyəyə üzvlük üçün namizəd statusu verildi. Helsinki Zirvəsinin son günündə iştirak edən Bülent Ecevit Aİ liderlərilə
 "Ailə fotosu" çəkdirdi.
 



Әlaqәli Xәbәrlәr