Tarixdә bu gün: 5 dekabr

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1539862
Tarixdә bu gün: 5 dekabr

 

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1791-ci ilin 5 dekabr tarixindә görkәmli Avstriya bәstәkarı  Volfqanq Amadey Motsart Vyanada vәfat edib. Qısa hәyatına baxmayaraq Motsart 626 әsәrә imza atıb.

1934-cü ilin 5 dekabr tarixindә Türkiyәdә qadınlara seçmә vә seçilmә hüququ verәn qanun layihәsi Türkiyә Böyük Millәt Mәclisi tәrәfindәn qәbul edilib.

Qanun  22 yaşını tamamlamış qadınlara seçmә hüququ, 30 yaşını tamamlamış qadınlara isә millәt vәkili olma hüququ verib. 1935-ci ilin 8 fevral tarixindә keçirilәn parlament seçkilәrindә 18 qadın millәt vәkili  seçilәrәk vәzifәlәrinin icrasına başlayıb.

1951-ci ilin 5 dekabr tarixindә Beynәlxalq Köç Tәşkilatı yaradılıb. Tәşkilat miqrantların yeni bir ölkәyә yerlәşdirilmәsi, könüllü şәkildә geri dönmәlәrinә yardım, miqrantların sәhәti, pul göndәrmә vә qanuni köç variantlarının dәstәklәnmәsi kimi sahәlәrdә fәaliyyәt göstәrir.

2013-cü ilin 5 dekabr tarixindә Cәnubi Afrikanın ilk qara dәrili dövlәt başçısı Nelson Mandela vәfat edib.



Әlaqәli Xәbәrlәr