Tarixdә bu gün: 4 dekabr

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır?Qısaca nәzәr salaq.

1539219
Tarixdә bu gün: 4 dekabr

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır?Qısaca nәzәr salaq.
4 dekabr 1858-ci ildə ingilislər Hindistan Türk İmperatorluğunun hökmdarı II Babur şahı taxtından endirərək Mahmud Qəznəvidən başlayan, Hindistanda 9 əsrdir sürən türk hakimiyyətinə son qoydu. Babur şahı Birmaniyaya sürgünə göndərildi.

1943-cü ilin 4 dekabrında ABŞ prezidenti Franklin Ruzvelt (Franklin D. Roosevelt) və İngiltərənin baş naziri Vinston Çörçil (Winston Churchill) Türkiyənin Almaniyaya qarşı müharibəyə girməsi üçün Qahirədə Türkiyənin baş naziri İsmət İnönü ilə bir araya gəldilər. Üç gün davam edən müzakirələrdən sonra İ.İnönü ABŞ və İngiltərənin Türkiyənin müharibəyə girmə tələblərinə razı olmadığını bildirdi.

Amma Türkiyə döyüşün bitməsinə çox az qalmış Almaniya və Yaponiyaya müharibə elan etdi və Birləşmiş Millətlər Təşkilatının qurucu üzvləri arasına qatıldı.



Әlaqәli Xәbәrlәr