Tarixdə bu gün: 21 noyabr

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1531453
Tarixdə bu gün: 21 noyabr

21 noyabr 1900-cü il tarixində yəhudilərin Fələstinə köç edərək yerləşmələrinin qarşısını almaq məqsədilə Osmanlı hökuməti müxtəlif tədbirlər gördü. Tədbirlər arasında ölkə xaricindən gələn yəhudilərin pasportlarını verərək ən çox 3 ay müddətinə Fələstində qalmalarına icazə verən "Qırmızı sənədi" tətbiq etməsi də yer alırdı.

Kütlə və enerjinin ekvivalentliyi — cismin kütləsi ilə enerjisi arasındakı əlaqəni yaradır. Düsturu:
 E=mc2 
Bu düstur hansı formada olursa olsun, enerji ilə kütlə arasında əlaqəni yaradır. Bu düsturda boşluqdakı (vakumlanmış mühit) işıq sürətinin kvadratı, kütlə vahidlərindən enerji vahidlərinə çevrilmə əmsalı üçün istifadə edilir. Düsturun geniş izahı ilk dəfə 1905-ci ildə Albert Eynşteyn tərəfindən açıqlanmışdır.

21 noyabr 2002-ci il tarixində NATO ilk dəfə keçmiş Varşava Paktı ölkəsi olan Çex Respublikasının paytaxtı Praqada zirvə toplantısı keçirdi. Yığıncaqda keçmiş Varşava Paktı üzvləri Litva, Latviya, Estoniya, Bolqarıstan, Rumıniya, Slovakiya və Sloveniyanın NATO-ya üzv olması təsdiq edildi.



Әlaqәli Xәbәrlәr