Tarixdə bu gün: 19 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1530026
Tarixdə bu gün: 19 noyabr

Birinci Dünya müharibəsindən sonra böhrana düşən Almaniya iqtisadiyyatı tənəzzülə uğradı. Almaniyanın pul vahidi–mark böyük dəyər itkisi ilə üzləşdi: 1923-cü ilin 19 noyabr tarixində artıq 1 Amerika dolları qarşılığında 4,2 trilyon oldu.

1967-ci ilin 19 noyabr tarixində Türkiyə Böyük Millət Məclisi Qıbrısda (Kipr) artan gərginliklə əlaqədar hökumətə xaricə əsgər göndərmə səlahiyyəti verdi: Türkiyə Donanması həyəcanla suları keçdi, Ankaradakı 28-ci Diviziya İskəndəruna hərəkət etdi.

 Erməni terrorçular 1984-cü il 19 noyabrda Viyananın BMT Ofisində çalışan türkiyəli diplomat Enver Erqunu şəhid etdilər.

 İraqın işğalından sonra – 2005-ci ilin 19 noyabrında Hədisə qəsəbəsində bir qrup ABŞ əsgəri 24 qadın və uşağı qətl etdi. Hadisədə 4 əsgər təqsirli bilindi, ancaq məhkəməyə çıxarılmadan hamısı bəraət aldı.



Әlaqәli Xәbәrlәr