Tarixdə bu gün: 17 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1528731
Tarixdə bu gün: 17 noyabr

17 noyabr 1558-ci ildə İngiltərə kraliçası I Yelizaveta (I Elizabeth) taxta çıxdı və 45 il davam edən hökmdarlığı dövründə ölkəsini müstəmləkə imperatorluğu etdi.

Əsasən İngiltərə tərəfindən tikilən Süveyş kanalı 1869-cu ilin 17 noyabrında xidmətə açıldı. O zaman kanalın uzunluğu 164, dərinliyi 8 metr idi.

1989-cu il 17 noyabrda Çexoslovakiyada "Məxməri inqilab" başladı. Hadisələr nəticəsində Çexoslovakyada kommunist hökuməti iqtidardan getməyə məcbur qaldı.

  Qeyd edək ki, o illərdə paytaxt Praqada toplanan tələbələrə polislərin ağır müdaxiləsinə cavab olaraq nümayişlər ölkənin digər şəhərlərinə yayılmağa başladı və inqilaba gətirib-çıxardı.

 



Әlaqәli Xәbәrlәr