Tarixdә bu gün: 14 noyabr

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır?Qısaca nәzәr salaq.

1527541
Tarixdә bu gün: 14 noyabr

 

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır?Qısaca nәzәr salaq.

1889-cu ilin 14 noyabr tarixindә ‘‘Nyu York World’’ qәzetinin әmәkdaşı Nelli Blay 40 min 71 kilometr davam edәcәk dünya turuna başlayıb. Blay sәyahәti zamanı ‘’80 gün dünya әtrafında’’ kitabının yazıçısı Jul Vernlә tanış olub.

1914-cü ilin 14 noyabr tarixindә Fuad Uzkınay ilk Türk filmi hesab edilәn ‘‘Ayastefanosdakı rus abidәsi’’nin dağılmasını çәkib. Hәmin abidә 1877-1878-ci ildә Osmanlı –Rusiya müharibәsi dövründә ölәn rus hәrbçilәrin xatirәsinә ucaldılmışdı.

1944-cü ilin 14 noyabr tarixindә Ahıska türklәri Stalin rәhbәrliyi tәrәfindәn sürgünә göndәrilib. Ahıska türklәri Sovet İttifaqı daxilindәki 13 bölgәyә göndәrilib. Müqavimәt göstәrәn tәxminәn 24 min Ahısta türkü öldürülüb.

 



Әlaqәli Xәbәrlәr