Tarixdə bu gün, 30 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1518196
Tarixdə bu gün, 30 oktyabr

30 oktyabr 1918-ci ildə İngiltərə, Fransa, Rusiya və İtaliyaya qarşı başlatdığı Birinci Dünya müharibəsində məğlub olan Osmanlı dövlətilə Antanta dövlətlər arasında Mondoros mütarikəsi imzalandı. Bununla da Osmanlı ordusu silahları buraxdı, İstanbul başda olmaqla Osmanlı torpaqlarının və Anadolunun işğalı dövrü başlandı.

30 oktyabr 1938-ci ildə Orson Uellsin radioya uyğunlaşdırdığı və marslıların dünyanı işğalını şərh edən "Dünyalar Döyüşü" oyunu ilk buraxılışında ABŞ-da ölkə miqyasında panikaya səbəb oldu.

30 oktyabr 2017-ci ildə “Dəmir İpək Yolu”, Bakı-Tbilisi-Qars dəmir yolu xətti mərasimlə istifadəyə verildi.
Yeni İpək Yolu Mərkəzi dəhlizinin mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu “Bir kəmər – bir yol” təşəbbüsünə qoşulmuş ölkələrin infrastrukturunun və texniki imkanlarının inkişafına töhfə verir, nəqliyyat proqramlarının həyata keçirilməsinə şərait yaradır. Yükdaşımaların həcmi artdıqca bu marşrutun səmərəsi də artacaq. Regionda sabitliyə, sülhə və iqtisadi səmərəyə şərait yaradan hər hansı layihələrin həyata keçirilməsində Azərbaycanın iştirakı həm ölkənin özünün, həm də bütün regionun iqtisadiyyatının inkişafı üçün çox vacib məsələdir.



Әlaqәli Xәbәrlәr