Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun analitik yazısını tәqdim edirik.

1518223
Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri

Azərbaycan 30 ildən artıqdır işğal altında olan torpaqlarını azad etmək üçün Qarabağda hərbi əməliyyatları davam etdirir. Ermənistan isə döyüş meydanında Azərbaycan Ordusu qarşısında tab gətirməyərək Gəncə kimi şəhərləri hədəf alaraq mülki şəxsləri qətlə yetirir.
Ermənistanın bu hərəkət tərzinin şüurlu bir strategiyaya söykəndiyini görürük. Azərbaycanı Qarabağdan əlavə döyüşə təhrik edərək Rusiya ilə imzaladıqları Kollektiv Təhlükəsizlik Müqaviləsini həyata keçirmək. Ermənistan bu strategiya ilə açıq şəkildə hərbi cinayət törədir.
Azərbaycan Ordusu bir aya yaxındır ki, Qarabağda hərbi əməliyyatları davam etdirir. Ordu ilk növbədə Şimal və Cənub zonasından hərəkət edirdisə, son günlər xüsusilə Cənub-qərb istiqamətindən əhəmiyyətli irəliləyişlərə nail olub. Füzuli, Cəbrayıl kimi vacib rayonlarla yanaşı, Zəngilan da işğaldan azad edilərək Ermənistan Silahlı Qüvvələri ilə İran arasındakı sərhəd əlaqəsi tamamilə kəsildi. Azərbaycan Ordusu ərazidəki bu qazanclardan sonra cənub xəttindən şimala doğru irəliləyərək Laçın dəhlizinə çatmağa çalışır. Bununla da Ermənistanın Qarabağla olan əsas logistika xətti kəsiləcək.
Ermənistan Silahlı Qüvvələrinin isə cəbhə xəttini tədricən müdafiə axtarışında olduğunu görürük. Lakin müharibənin təxminən ilk günlərindən etibarən Azərbaycanın hava hücumunu diqqətdə saxlaması, Türkiyənin təmin etdiyi SPUA-lar başda olmaqla, ən yüksək texniki imkanlara malik olması, ermənilərə cəbhə xəttində heç bir şans vermir. Ermənilər ağır itkilər verərək, addım-addım geri çəkilir.
Ermənistan ərazidə müharibəni uduzduğunu gördüyü üçün fərqli strategiyalarla müharibədəki tarazlığı öz xeyrinə dəyişdirməyə çalışır. Ermənistanın Baş naziri Paşinyan bir tərəfdən Putin, Makron və Tramp kimi liderlərlə əlaqə yaradaraq atəşkəs istədiyi halda, Ermənistan ordusu Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini birbaşa hədəf alaraq Azərbaycanı müharibəni genişləndirmək üçün təhrik etməyə çalışır.
Gəncə başda olmaqla, bir çox Azərbaycan şəhəri birbaşa ballistik raketlərin hədəfinə çevrilib. İndiyə qədər 90-dan artıq mülki şəxs öldürülüb. Ermənistan Azərbaycanın Qarabağdan əlavə özünün ərazilərini vurmasına cəhd edərək Rusiyanın Kollektiv Təhlükəsizlik Təşkilatı Sazişi çərçivəsində müharibəyə qarışmasına çalışır.
Ancaq Azərbaycanın təxribatlara uymadan diqqəti Qarabağdakı işğal altında olan əraziləri azad etməyə yönəltdiyi görünür. Rasional olan da budur. Azərbaycan ordusu tərəfindən Laçın və Kəlbəcərdən keçən logistika xətləri ələ keçirildikdən sonra müharibə çox uzun davam etməyə bilər.



Әlaqәli Xәbәrlәr