Tarixdə bu gün: 26 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1515236
Tarixdə bu gün: 26 oktyabr

26 oktyabr 740-ci ildə İstanbulda baş verən zəlzələdə 5 mindən çox insan həyatını itirib, yüzlərlə ev və iş yeri dağılıb.

26 oktyabr 1994-cü il tarixində İsrail və İordaniya arasındakı 46 illik müharibəyə son qoyan sülh müqaviləsi iki ölkə arasındakı sərhəddə 5 min adamın qatıldığı mərasimdə imzalanıb.

26 oktyabr 2002-ci il tarixində Moskva Teatrında üç gün davam edən girov götürmə əməliyyatı 50 çeçen silahlı ilə yanaşı 800 girovdan 117-nin də ölümünə səbəb olan əməliyyatla sona çatıb. Rusiya qüvvələrinin əməliyyatında zəhərli qazdan istifadə etməsi və girovların da ölməsi səbəbindən rəsmi Moskva Qərbli ölkələr tərəfindən sərt şəkildə tənqid edilib. 



Әlaqәli Xәbәrlәr